1/12: Azərbaycan millətçiliyi əks-reaksiya kimi

Qarabağ kontekstində Azərbaycan millətçiliyi milli kimliyi formalaşdırsa da, çox hallarda qarşı tərəfə əks-reaksiyal və onların iddialarının pis imitasiyaları kimi inkişaf edib. Özündə rəqabəti ehtiva edən bir neçə narrativə baxaq:
2/12)
1) Qədimləşdirmə: ermənilərin qədimlik yarışı çərçivəsində "bu torpaqlarda daha qədim olan yaşamalıdır" tələsinə (və sanki natamamlıq kompleksinə) düşmüş biz buna cavab olaraq onillərlə xalqımızın daha qədim olması axtarışlarında olmuşuq...
3/12)
...Əsası Ziya Bünyadovla qoyulmuş bu axtarışlar son illərdə "Koka-Kola Azərbaycandan daha qədimdir" kimi psevdo-intellektual və lağlağı iddialara görə daha da kəskinləşmişdir.
4/12)
1b) Albanlaşdırma: elə birinci punktun əsas qolu kimi inkişaf etdirilmiş və mənim fikrimcə, hal-hazırda sanki ermənilərin Azərbaycan maddi mədəniyyət nümunələrini farslaşdırma siyasətinə əks-reaksiya olan trollinqə bənzəyir.
5/12)
2) İrredentizm: Məhz ermənilərin Qarabağ və Naxçıvana olan ərazi iddiaları da zamanında Azərbaycanda irredentist ambisiyaları, Zəngəzur və İrəvana iddiaları özündə ehtiva edən "Qərbi Ermənistan" diskursunu cavab kimi yaratmışdır.
6/12)
3) Qurban kompleksi və ədalətsizlik: Ermənilərin hər zaman qurban (victimhood) narrativi və dünyanın onların əzablarına göz yumması iddiaları da bizdə də işğal və məcburi köçkünlər faktı ilə "dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də göz yumur" şəklində inkişaf etmişdir.
7/12)
3b) Soyqırım: ermənilərin azərbaycanlıları kütləvi surətdə qırğına məruz qoymasının (1918, 1992) soyqırım kimi təqdim etmə istəklərimiz də məhz ermənilərin 1915-ci il iddialarına reaksiyadır.
8/12)
Regionla və konfliktlə məşğul olan bir sıra xarici "ekspertlər" çox hallarda münaqişənin əsas elementi olan bir məsələni unudurlar: xronologiya. Xronoloji cəhətdən ilk poqrom və deportasiyaların 1987-ci ildə Ermənistanda azərbaycanlılara qarşı baş verməsi...
9/12)
..., Qarabağda ilk qanın ermənilər tərəfindən tökülməsi və ilk qurbanların azərbaycanlılar olması hadisələrin sonrakı məcrasına (yenə də əks-reaksiya) təkan verən əsas hadisələr olsa da, bəzi hallarda gözardı edilir.
10/12)
Son günlərdə monastırların taleyi və albanlaşdırılması məsələsi ön plana çıxanda dağıdılmış və farslaşdırılmış Azərbaycan məscidləri xatırlanır.
11/12)
Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin çıxarılması ilə bağlı müzakirələrdə isə "bizə 10 gün yox, 10 saat verilmişdi", "biz maşınla yox, ayaqyalın qaçmışdıq" narrativləri də göründüyü kimi yenə də əks-reaksiyadır.
12/12)
Xülasə olaraq, onu qeyd etmək istəyirəm ki, Azərbaycan millətçiliyi destruktiv olmaqdan çox, destruktiv millətçiliyə cavab, əks-reaksiya olub, qarşı tərəfin narrativlərini kopyalayıb öz narrativlərimizə uyğunlaşdırmağa çalışıb.
Ümid edirəm ki, məhz erməni millətçiliyi nəhayət ki dağıdıcı ritorikasına və beləliklə bizim tərəfdən də əks-reaksiyalara son qoyacaq. Bəlkə bundan sonra regionda sülh bərqərar olar.
You can follow @RusifHuseynov2.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled:

By continuing to use the site, you are consenting to the use of cookies as explained in our Cookie Policy to improve your experience.